Daha bir ulduz "söndü"

14 Dekabr 2019 11:34 Dünya futbolu 760
Daha bir ulduz "söndü"

Argentina millisinin sabiq hücumçusu Ezekiel Lavezzi karyerasını başa vurub.

Sportinfo.az xəbər verir ki, bu barədə 34 yaşlı futbolçu şəxsi "İnstagram" səhifəsində məlumat verib. Son klubu Çin təmsilçisi "Hebey Çayna Forçun" olan forvardın müqaviləsi dekabrın 31-ə qədər idi.

O, 2016-cı ildən sözügedən komandada çıxış edirdi. Çin 74 matça çıxıb, 34 qol vuran Lavezzi ölkəsində "Estudiantes"lə "San Lorenso"nun, eləcə də İtaliyanın "Napoli" və Fransanın PSJ klublarında çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti