Şahin Diniyev deyir ki…

20 İyul 2023 07:50 Səbail 661
Şahin Diniyev deyir ki…

“Olduqca çətin rəqibə qarşı növbəti yoxlama oyunumuzu keçirdik.

Əslində, bu qədər ağır məşqlərdən sonra komandamın yorğun olacağını düşünürdüm.

Lakin bütün kollektiv “Sivasspor”la qarşılaşmada xarakter nümayiş etdirdi, hətta deyərdim ki, gözlədiyimdən də yaxşı oyun göstərdi".

Sportinfo.az xəbər verir ki, bu sözləri “Səbail”in baş məşqçisi Şahin DiniyevTürkiyə toplanışı çərçivəsində "Sivasspor"la 1:1 hesablı heç-heçə etdikləri yoxlama oyunundan sonra deyib.

O bildirib ki, "Sivasspor" Türkiyə Superliqasının güclü komandaları sırasındadır:

"Sevindirici haldır ki, komandam rəqibdən çəkinmədi, olduqca inamlı mübarizə apardı. Futbolçularımız taktiki cəhətdən ağıllı oyun nümayiş etdirdi.

Hücumlarda daha dəqiq olsaydıq, qələbə də qazana bilərdik. Qarşılaşma ərzində çox sayda qol imkanını əldən verdik.

Maraqlı səslənsə də, qələbəyə biz daha yaxın idik. Futbolçularıma göstərdiyi xarakter və maraqlı oyuna görə təşəkkür edirəm.

Ümumilikdə götürsək, bütün futbolçular toplanış dövründə hər bir tapşırığa məsuliyyətlə yanaşır. Həm nizam-intizam, həm də oyun baxımından komandamızda inkişaf nəzərə çarpır.

Bu, hələ başlanğıcıdır. Daha yaxşı oynamaq üçün potensialımız var”.

Digər Xəbərlər
Xəbər Lenti