Ruslar antirekordu təkrarladı - 18 il sonra

13 Dekabr 2019 12:14 Dünya futbolu 581
Ruslar antirekordu təkrarladı - 18 il sonra

Bu mövsüm avrokuboklarda çıxış edən rus klublarının heç biri pley-off-a adlaya bilməyib.

Sportinfo.az yerli mətbuata istinadən xəbər verir ki, bununla da 18 illik antirekord təkrarlanıb. Rusiya təmsilçiləri sonuncu dəfə 2001-2002 mövsümündə bu cür uğursuzluqla üzləşmişdi.

Qeyd edək ki, cari mövsüm Rusiyanı avrokuboklarda "Lokomotiv", "Zenit" (Çempionlar Liqası), SSKA və "Krasnodar" (Avropa Liqası) təmsil edirdi.

Digər Xəbərlər
Xəbər Lenti