21 yaşında ikinci dəfə bu adı qazandı

13 Dekabr 2019 09:24 Dünya futbolu 506
21 yaşında ikinci dəfə bu adı qazandı

ABŞ-da 2019-cu ilin ən yaxşı futbolçusu seçilib. Sportinfo.az xəbər verir ki, "Çelsi"də çıxış edən Kristian Pulişiç Birləşmiş Ştatların ən yaxşı futbolçusu adına layiq görülüb.

21 yaşlı cinah yarımmüdafiəçisi səslərin 38 faizini toplamaqla digər həmkarlarını qabaqlayıb. Cordan Morris (“Sietl”) ikinci (35 faiz), Ueston Makkenni (“Şalke”) isə üçüncü (13 faiz) olub.

Pulişiç karyerası ərzində ikinci dəfə bu adı qazanır. O, 2017-ci ildə də - 19 yaşında ən yaxşı futbolçu adına layiq görülmüşdü.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!