ÇL-də 1/8 finalın püşkü dekabrın 16-da atılacaq

12 Dekabr 2019 15:40 Dünya futbolu 548
ÇL-də 1/8 finalın püşkü dekabrın 16-da atılacaq

Bu gün keçiriləcək 24 oyunla Avropa Liqasında 1/16 final mərhələsinin iştirakçılarının adı rəsmiləşəcək.

Sportinfo.az xəbər verir ki, dekabrın 16-da UEFA-nın İsveçrənn Nyon şəhərindəki mənzil qərargahında Çempionlar Liqasının (Bakı vaxtı ilə saat 15.00) 1/8 final, ardından Avropa Liqasının (Bakı vaxtı ilə saat 16.30-da) 1/16 final mərhələsinin püşkü atılacaq.

Çempionlar Liqasından 1/8 finala vəsiqə qazananlar:

Qrup qalibləri (səpələnmişlər): "Bavariya" (Almaniya), "Barselona" (İspaniya), "Valensiya" (İspaniya), "Liverpul" (İngiltərə), "Mançester Siti" (İngiltərə), PSJ (Fransa), "Leypsiq" (Almaniya), "Yuventus" (İtaliya)

Qrup ikinciləri (səpələnməmişlər): "Atalanta" (İtaliya), "Atletiko" (İspaniya), "Borussiya" (D., Almaniya), "Lion" (Fransa), "Napoli" (İtaliya), "Real" (İspaniya), "Tottenhem" (İngiltərə), "Çelsi" (İngiltərə).

Səpələnmişlər səbətindəki komandalar cavab görüşünü öz meydanlarında keçirəcəklər. Püşkdə heç bir komanda öz ölkəsindən olan və qrupda qarşılaşdığı klubla üz-üzə gələ bilməz. 1/8 finalın ilk matçları fevralın 18-19, 25-26-da, cavab qarşılaşmaları isə martın 10-11 və 17-18-də keçiriləcək. 1/4 final, yarımfinal və final mərhələlərinin püşkü martın 20-də atılacaq.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 11:00 Biri də sizin olsun…
22 Aprel 03:00 Nicat heç-heçə etdi
21 Aprel 22:55 Bəhanəyə yer qoymadı