Futbolçunun evi "Yuventus"la matç zamanı qarət olundu

11 Dekabr 2019 00:56 Dünya futbolu 430
Futbolçunun evi "Yuventus"la matç zamanı qarət olundu

"Latsio"nun futbolçusu Sergey Milinkoviç-Saviçin evi A Seriyasının XV turunda "Yuventus"la matç zamanı qarət olunub.

Sportinfo.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi dostları ilə birlikdə qələbəni qeyd etdikdən sonra evə qayıdıb və mənzilinin qarət olunduğunu görüb.

Oğrular serbiyalı oyunçunun 5 saatını və 100 min avro məbləğində pulunu götürüblər.

"Latsio" "Yuventus"u 3:1 hesabı ilə məğlub edib. Milinkoviç-Saviç 2015-ci ildə Belçika "Genk"indən Roma klubuna keçib. Yarımmüdafiəçi cari mövsümdə 19 görüşdə meydanda olub və 4 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti