Argentina və Braziliya Amerika Kubokunda fərqli qruplara düşdü

4 Dekabr 2019 22:55 Dünya futbolu 652
Argentina və Braziliya Amerika Kubokunda fərqli qruplara düşdü

2020-ci ildə keçiriləcək Amerika Kubokunun püşkü atılıb. Sportinfo.az xəbər verir ki, Argentina və Kolumbiyanın ev sahibliyi edəcəyi turnir yeni formatda keçiriləcək. Avstraliya və Qətər yığmaları 12 komandanın 2 qrupa bölündüyü yarışa dəvət alıblar.

Hər qrupda ilk 4 yeri tutacaq kollektivlər 1/4 finala vəsiqə qazanacaqlar.

A qrupu: Argentina, Avstraliya, Boliviya, Uruqvay, Çili, Paraqvay

B qrupu: Kolumbiya, Braziliya, Qətər, Venesuela, Ekvador, Peru

Yarışın açılış oyunu iyunun 12-də Argentina və Çili komandaları arasında olacaq. Final isə iyulun 12-də baş tutacaq. Turnirin sonuncu qalibi Braziliya millisidir.

Digər Xəbərlər
Xəbər Lenti