Ronaldo tərəfdarları Messiyə qarşı - "Mafiya heç vaxt ..."

3 Dekabr 2019 21:21 Dünya futbolu 1 192
Ronaldo tərəfdarları Messiyə qarşı -

"Yuventus" və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldonun sabiq komanda yoldaşı Miqel Payşau "Qızıl top"un "Barselona"nın kapitanı Lionel Messiyə verilməsini tənqid edib.

Sportinfo.az xəbər verir ki, o, buna görə münsiflər heyətini günahlandırıb.

"Keçən il Çempionlar Liqasında vurulan qollar “Qızıl Top"u qazanmaq üçün kifayət etmir. Bunun üçün yığma və klubla qazanılan uğurlar da azdır. Bəlkə mükafat meydanda oynayanlara verilmir? Yoxsa söhbət münsiflərin şəxsi rəğbətindən gedir?".

Kriştianonun bacısı Elma Aveiru da "Qızıl top" mükafatının 6-cı dəfə Messiyə təqdim olunmasını tənqid edib: "Fikrimcə, mükafat peşəkar meyarlara deyil, şəxsi xüsusiyyətlərə görə verilir. Mafiya heç vaxt zəifin tərəfini tutmayacaq. Amma ədalət zəfər çalacaq. Vaxt gələcək və Portuqaliya bu canavarlara cavab verəcək".

Digər Xəbərlər
Xəbər Lenti