Türkiyəyə icazəsiz getdi, əsas komandadan qovuldu

3 Dekabr 2019 10:07 Dünya futbolu 690
Türkiyəyə icazəsiz getdi, əsas komandadan qovuldu

İcarə əsasında “Brügge”də forma geyinən “Qalatasaray”ın futbolçusu Mbaye Diane cəzalandırılıb. Sportinfo.az xəbər verir ki, seneqallı hücumçu “Brügge”nin B komandasına göndərilib.

“Brügge”nin Çempionlar Liqasında “Qalatasaray”la oynadığı matç (1:1) ərəfəsində icazəsiz Türkiyəyə səyahət edən Diane, əsas komandadan qovulub və bundan sonra ancaq fərdi məşqlər edə bilər.

Belçika təmsilçisi ilə mövsümün sonuna qədər müqaviləsi olan 28 yaşlı hücumçu “Brügge” ilə 12 oyuna çıxıb və 4 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti