Ermənistanda oyun alqı-satqısı

5 Noyabr 2019 10:33 Dünya futbolu 527
Ermənistanda oyun alqı-satqısı

Ermənistan Milli Təhlükəsizlik Xidməti ölkənin səviyyəcə ikinci liqasında çıxış edən komandaların matçında oyun alqı-satqısı aşkarlayıb. Sportinfo.az xəbər verir ki, "Masis"in nümayəndəsi və oyunçulardan biri rüşvət müqabilində sentyabrın 6-da keçirilmiş "Torpedo Yerevan" ilə görüşün nəticəsini bilərəkdən rəqibin xeyrinə təyin ediblər.

Ölkə kuboku matçında bir neçə insanın etdiyi mərc nəticəsində bukmeyker şirkətinə ciddi ziyan dəyib, ancaq dəyən ziyanın məbləği açıqlanmayıb.

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin İstintaq şöbəsində faktla bağlı cinayət işi açılıb. Klub üzvləri təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilərək barələrində axtarış qərarı çıxarılıb.

Məsələ ilə bağlı Ermənistan Futbol Federasiyasına və UEFA-ya məlumat veriləcək. İlkin istintaq davam edir. Qarşılaşma "Torpedo Yerevan"ın 3:0 hesablı qələbəsi ilə bitib.

Digər Xəbərlər
Xəbər Lenti