İker Kasilyas yenidən məşqlərə başladı - FOTO

5 Noyabr 2019 00:24 Dünya futbolu 797
İker Kasilyas yenidən məşqlərə başladı - FOTO

İker Kasilyas infarkt keçirdiyi gündən sonra ilk dəfə məşqə çıxıb. Sportinfo.az xəbər verir ki, tanınmış qolkiper 20-25 dəqiqə fərdi məşq edib. Amma o, kollektivlə məşqlərə başlamayıb.

Bu il təcrübəli qapıçı məşq zamanı infarkt keçirmişdi. Əməliyyat edilən Kasilyasın kollektiv məşqlərə nə vaxt başlayacağı dəqiq bilinmir. Təcrübəli kiper şəxsi tvitter səhifəsində butsların şəklini paylaşaraq "Altı aydan qutuda qaldınız" yazıb. İspaniyalı kiper 2015-ci ildən "Porto"da çıxış edir.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!