"Mançester Yunayted"də iki itki

23 Oktyabr 2019 19:25 Dünya futbolu 396
"Mançester Yunayted"də iki itki

"Mançester Yunayted" Avropa Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində "Partizan"la qarşılaşacaq.

Sportinfo.az xəbər verir ki, “qırmızı şeytanlar” serblərlə oyuna iki itki ilə çıxacaq. Komandanın əsas qapıçısı David De Xea və Pol Poqba “Partizan”la oyunda komandasına kömək edə bilməyəcək

. Poqba ayaq barmağındakı zədəyə görə sentyabr ayından oyunlara çıxmır. De Xea isə Belqrad səfərindən bir gün əvvəl komandanın məşqində zədələnib. İspaniyalı kiperi Serxio Romeronun əvəzləyəcəyi gözlənilir.

Digər Xəbərlər
Xəbər Lenti