“Qəbələ”nin sabiq baş məşqçisi Ronaldo ilə nədən danışıb?

23 Oktyabr 2019 12:30 Dünya futbolu 530
“Qəbələ”nin sabiq baş məşqçisi Ronaldo ilə nədən danışıb?

“Yuventus” Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda “Lokomotiv”i qəbul edib və qalib gəlib – 2:1. Sportinfo.az xəbər verir ki, “Lokomotiv”in baş məşqçisi Yuri Syomin qarşılaşmadan sonra “Yuventus”un futbolçusu Kriştiano Ronaldo ilə söhbətləşib.

“Qəbələ”nin sabiq baş məşqçisi portuqal futbolçu ilə nədən söhbət etdiyini açıqlayıb: “Ronaldo ilə nədən danışdıq? Kriştiano dedi ki, bizim üçün çətin oldu, siz bir qədər də açıq oynaya bilərdiniz. Mən də cavabında dedim ki, bir qədər də açıq oynasaydıq, onda bizə daha ağır olardı”.

3 turdan sonra “Yuventus” qrupda 7, “Loko” isə 3 xal toplayıb.

Digər Xəbərlər
Xəbər Lenti