Messini XXI əsrin ən yaxşı futbolçusu seçdilər

23 Oktyabr 2019 09:42 Dünya futbolu 447
Messini XXI əsrin ən yaxşı futbolçusu seçdilər

Britaniyanın “The Independent” nəşri XXI əsrin ən yaxşı futbolçularının siyahısını açıqlayıb. Sportinfo.az xəbər verir ki, İspaniyanın “Barselona” klubunun və Argentina yığmasının hücumçusu Lionel Messi XXI əsrin ən yaxşı oyunçusu elan olunub.

O, Portuqaliya yığmasının və İtaliyanın “Yuventus” klubunun hücumçusu Kristiano Ronaldonu qabaqlayıb. İlk üçlüyü isə artıq karyerasını başa vurmuş Xavi Ernanes qapayıb.

Siyahı “The Independent” nəşrinin əməkdaşları tərəfindən hazırlanıb: XXI əsrin ən yaxşı 10 oyunçusu isə bunlar seçilib:

1. Lionel Messi

2. Kristiano Ronaldo

3. Xavi Ernanes

4. Ronaldinyo

5. Andres İnyesta

6. Ronaldo

7. Tyerri Anri

8. Zinədin Zidan

9. Kaka

10. Fabio Kannavaro

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!