18 yaşlı müdafiəçi transfer edir - Paytaxt təmsilçisi

20 İyul 2023 01:30 İngiltərə 1 042
18 yaşlı müdafiəçi transfer edir - Paytaxt təmsilçisi

“Tottenhem” “Blekbern”in müdafiəçisi Eşli Fillipsi transfer etməyə yaxındır.

Sportinfo.az xəbər verir ki, London klubu 18 yaşlı futbolçu üçün qarşı tərəfə 3 milyon funt-sterlinq ödəyəcək.

Buna baxmayaraq, London təmsilçisi mərkəz müdafiəçisi mövqeyi üçün futbolçu axtarışına davam edir.

Fillipsin qarşıdakı 24 saat ərzində tibbi müayinədən keçəcəyi gözlənilir. O, başa çatan mövsümdə “Blekbern”in heyətində 14 oyuna çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti