"The Guardian"a görə 2022-ci ilin ən yaxşı futbolçusu - MESSİ

28 Yanvar 2023 18:20 Dünya futbolu 445
"The Guardian"a görə 2022-ci ilin ən yaxşı futbolçusu - MESSİ

"The Guardian" 2022-ci ilin ən yaxşı futbolçusunun adını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, bu, PSJ-nin və Argentina millisinin üzvü Lionel Messi olub.

PSJ və Fransa yığmasının hücumçusu Kilian Mbappe 2-ci, "Real"dan Kərim Benzema isə 3-cüdür. 4-cü yerdə Norveç millisi və "Mançester Siti"nin futbolçusu Erlinq Haaland , 5-ci yerdə 37 yaşlı Luka Modriç ("Real", Xorvatiya) qərarlaşıb.

İlk 10-luğa həmçinin Kevin de Brüyne (6-cı, "Mançester Siti2, Belçika), Robert Levandovski (7-ci, "Barselona", Polşa), Vinisius Junior (8-ci, "Real", Braziliya), Tibo Kurtua (9-cu, "Real", Belçika) və Məhəmməd Salah (10-cu, "Liverpul", Misir) daxildir.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"