FİFA prezidenti prokuror qarşısına çıxdı - CİNAYƏT İŞİ

11 Yanvar 2023 15:20 Dünya futbolu 279
FİFA prezidenti prokuror qarşısına çıxdı - CİNAYƏT İŞİ

Fransa mətbuatının yazdığına görə, FİFA prezidenti Canni İnfantino cinayət işi üzrə istintaq çərçivəsində İsveçrə prokurorları tərəfindən dindirilib.

Sportinfo.az xəbər verir ki, onunla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ehtimalı ilə bağlı aparılan araşdırma çərçivəsində söhbət aparılıb.

Buna İnfantinonun İsveçrənin keçmiş baş prokuroru Maykl Lauber arasında o, FİFA prezidenti olduqdan sonra baş tutan üç görüş səbəb olub.

Görüşlər 2016 və 2017-ci illərdə keçirilib. 2020-ci ildə başlayan istintaqa görə, belə görüş ədalət mühakiməsinə maneçilikdir.

Çünki Lauber 2015-ci ildən 2019-cu ilə qədər FİFA ilə bağlı korrupsiya araşdırmasına rəhbərlik edib. Lauberlə bağlı araşdırma başlayandan sonra İnfantinonun sələfi Zepp Blatter vəzifəsini tərk edib.

Bu, İnfantinonun ikinci dindirilməsidir. Birincisi 2022-ci ilin aprelində baş tutub. Mənbənin sözlərinə görə, İsveçrə prokurorları Ulrix Veder və Hans Maurer əməliyyat fəaliyyəti çərçivəsində növbəti görüşləri istisna etmirlər

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu