Ronaldonun müqaviləsində xüsusi bənd – QALMAQALLI BƏND

10 Yanvar 2023 12:00 Dünya futbolu 2 480
Ronaldonun müqaviləsində xüsusi bənd – QALMAQALLI BƏND

"Mançester Yunayted"lə müqaviləsini dayandırdıqdan sonra böyük sürprizə imza atan və Səudiyyə Ərəbistanında "Əl Nassr" ilə müqavilə imzalayan Kriştianu Ronaldonun müqaviləsində xüsusi bənd olduğu iddia edilib.

Spofrtinfo.az xəbər verir ki, portuqaliyalı ulduzun "Əl Nassr"la müqaviləsində "Nyukasl Yunayted"lə bağlı bənd var.

Bu maddəyə əsasən, "Nyukasl Yunayted" Çempionlar Liqasına vəsiqə qazanarsaa, Ronaldo gələn il icarə əsasında İngiltərə komandasına keçə biləcək.

Ronaldonun yenidən Çempionlar Liqasında oynamaq istədiyi və bu səbəbdən müqaviləsində xüsusi bəndin olduğu bildirilib.

Bu mövsüm Premyer Liqanın zirvəsinə yüksələn “Nyukasl Yunayted" hazırda liqada 3-cü yerdədir.

Digər Xəbərlər
Xəbər Lenti