Argentinanı çempion etdi, 2022-ci ilin ən yaxşı məşqçisi oldu

10 Yanvar 2023 01:40 Dünya futbolu 236
Argentinanı çempion etdi, 2022-ci ilin ən yaxşı məşqçisi oldu

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası ( IFFHS ) milli komandaların 2022-ci ilin ən yaxşı məşqçilərinin siyahısını dərc edib.

Sportinfo.az xəbər verir ki, Argentina ilə DÇ-2022-nin qalibi olan Lionel Skaloni ötən ilin milli komanda çalışdıran ən yaxşı məşqçisi seçilib.

O, 240 xal toplayıb.

Fransa millisinin baş məşqçisi Didye Deşam 45 xalla 2-ci, Mərakeş millisinin çalışdırıcısı Valid Reqraqi 30 xalla 3-cü pillədə yer alıb.

İlk beşliyə Zlatko Daliç (Xorvatiya) və Hajime Moriyasu ( Yaponiya ) daxil olub.

Digər Xəbərlər
Xəbər Lenti