400 beynəlxalq matça çıxan ilk oyunçu - Kristiano Ronaldo

9 Dekabr 2022 00:10 Dünya futbolu 256
400 beynəlxalq matça çıxan ilk oyunçu - Kristiano Ronaldo

Portuqaliya millisinin hücumçusu Kristiano Ronaldo 400-cü beynəlxalq matçını keçirib.

Sportinfo.az xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, 37 yaşlı hücumçu 400 beynəlxalq matça çıxan ilk oyunçu kimi tarixə düşüb.

Qətərdə baş tutan dünya çempionatının 1/8 final mərhələsində İsveçrə ilə görüş (6:1) onun beynəlxalq arenada 400-cü qarşılaşması olub.

Ronaldo bunun 195-ni millidə, 205-ni isə klubların heyətində avrokuboklarda keçirib.

Ümumilikdə 9 futbolçu 300-dən çox beynəlxalq oyun iştirakçısı olub. Onlardan 5-i hazırda karyerasını davam etdirir.

  1. Kristiano Ronaldo (Portuqaliya) – 400 (klubda 205, millidə 195)
  2. İker Kasilyas (İspaniya) – 360 (193, 167)
  3. Canluici Buffon (İtaliya) – 343 (167, 176)
  4. Lionel Messi (Argentina) – 339 (170, 169)
  5. Serxio Ramos (İspaniya) – 331 (151, 180)
  6. Xavi (İspaniya) – 328 (195, 133)
  7. Luka Modriç (Xorvatiya) – 306 (147, 159)
  8. Xavyer Zanetti (Argentina) – 305 (162, 143)
  9. Paolo Maldini (İtaliya) – 301 (175, 126)
Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı