“Portuqaliya Ronaldosuz indi daha yaxşı oynayır”

8 Dekabr 2022 10:00 Dünya futbolu 351
“Portuqaliya Ronaldosuz indi daha yaxşı oynayır”

Futbol agenti Paulo Barbosa Portuqaliya yığmasının DÇ-2022-nin 1/8 final mərhələsinin İsveçrə ilə oyunu (6:1) haqqında fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, o, Portuqaliya millisinin kollektiv oyun sərgilədiyini vurğulayıb:

“Portuqaliya meydanda Kriştiano Ronaldo olmadan daha yaxşı oynayır. Komanda hər dəfə oyunu onun üzərində qurur.

Son matçda bunun əksi baş verdi. Həmin oyun bütün şübhələri alt-üst etdi. Rəqib qapısına altı qol vurduğumuz üçün yox, komanda kollektiv çıxış etdiyi üçün daha yaxşı oynadıq”.

Barbosa Mərakeş millisi ilə keçiriləcək oyun barədə də danışıb:

“Portuqaliya yığmasında keyfiyyətli oyun nümayiş etdirə bilən istedadlı futbolçular var. Təəccüblü heç nə yoxdur.

Düşünürəm ki, Kriştiano ilk dəqiqələrdən Mərakeşlə matçda meydana çıxmayacaq. Mərakeşlə matçda Portuqaliyanın fərqli səviyyədə oynadığı aydın göründü”.

Ronaldonun əvəzində oyuna start heyətində başlayan 21 yaşlı Qonsalo Ramos cari mundialda ilk het-trik müəllifi kimi tarixə düşüb.

Portuqaliya DÇ-2022-nin 1/4 finalında Mərakeş yığması ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti