"Onun qarşısını almaq üçün çox səy göstərdik, fəxr etməlidir ki…” – Millinin baş məşqçisi

5 Dekabr 2022 00:20 Dünya futbolu 315
"Onun qarşısını almaq üçün çox səy göstərdik, fəxr etməlidir ki…” – Millinin baş məşqçisi

Avstraliya yığmasının baş məşqçisi Qrehem Arnold DÇ-2022-nin 1/8 final mərhələsinin Argentina ilə oyununu (2:1) dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, o, Lionel Messinin oyunu haqda fikir bildirib:

“Messi inanılmazdır. Tarixin ən yaxşılarından biridir. Biz onun nə qədər böyük oyunçu olduğunu bilirdik. Onun qarşısını almaq üçün çox səy göstərdik.

Mən Dieqo Armando Maradona ilə və Messiyə qarşı məşqçi kimi oynamaq şərəfinə nail olmuşam. Argentina fəxr etməlidir ki, bu səviyyəli oyunçuları var”.

Baş məşqçi indi yalnız tətil barədə düşündüyünü dilə gətirib:

“Güclü komanda ilə qarşılaşdıq. Yaxşı şanslarımız oldu, amma istifadə edə bilmədik. Avstraliya futbolunun böyük gələcəyi var.

Əsas odur ki, bizə daim dəstək olsunlar. Müqaviləmin müddəti başa çatır və mən indi yalnız tətil haqqında düşünürəm. Çox çalışdıq, indi fasilə verə bilərik”.

Arnold kədərli olsa da, futbolçuları ilə fəxr etdiyini vurğulayıb:

“Futbolçularımla çox fəxr edirəm. Daha çox şeyə nail ola bilmədiyimiz üçün bir az kədərlənirik, amma ümid edirəm ki, avstraliyalılar da mənim kimi, futbolçularla fəxr edir”.

1/8 finalda Argentina millisinə məğlub olan Avstraliya DÇ-2022-də mübarizəni dayandırıb.

Digər Xəbərlər
Xəbər Lenti