Neymarla bağlı yeni açıqlama - Bu dəfə də meydanda olmayacaq

4 Dekabr 2022 22:00 Dünya futbolu 373
Neymarla bağlı yeni açıqlama - Bu dəfə də meydanda olmayacaq

Braziliya millisinin aparıcı üzvü Neymarın dünya çempionatının 1/8 final mərhələsində Cənubi Koreyaya qarşı keçiriləcək görüşdə meydana çıxıb-çıxmayacağı aydınlaşıb.

Sportinfo.az xəbər verir ki, yarımmüdafiəçi asiyalılara qarşı matçda meydanda olmayacaq.

Bu barədə yığmanın baş məşqçisi Tite mətbuat konfransında iştirak edərkən bildirib.

Neymar G qrupunun 1-ci turunun Serbiya ilə oyununda (2:0) topuq nahiyəsindən zədələnərək 79-cu dəqiqədə komanda yoldaşı ilə əvəzlənmişdi.

Braziliya – Cənubi Koreya görüşü dekabrın 5-də keçiriləcək və Bakı vaxtı ilə 23:00-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti