"Messi bütün komandanın onun arxasında olduğunu bilir"

27 Noyabr 2022 12:00 Dünya futbolu 312
"Messi bütün komandanın onun arxasında olduğunu bilir"

“Çətin olacağını bilirdik, Meksika həmişəki kimi oynamadı.

Onların beş müdafiəçi ilə oyuna çıxacaqlarından şübhələnirdik".

Sportinfo.az xəbər verir ki, bu sözləri Argentina millisinin baş məşqçisi Lionel Skaloni DÇ-2022-nin qrup mərhələsinin 2-ci turunda Meksikaya 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

"İlk hissə nə bizə, nə də rəqibə uğursuz oldu. Fasilədə dəyişikliklər etdik və daha yaxşı oynamağa başladıq.

Onda özünüz də gördünüz ki, nə baş verdi. Matçın nəticəsini Messi müəyyənləşdirdi. Messi bütün komandanın onun arxasında olduğunu bilir.

İkinci hissədə birinciyə nisbətən daha aqressiv oynadıq. Amma 5 müdafiəçisi və 4 yarımmüdafiəçisi olan komandaya qarşı oynamaq çətindir" - deyə o bildirib.

Mütəxəssis qrup mərhələsində qarşıda daha bir matçılarının qaldığını xatırladıb:

"Həmin oyuna başımız dik və təvazökarlıqla yanaşmalıyıq. Biz bu yolu davam etdirməliyik. Bu oyunçuların oyununu izləmək əladır".

Argentina DÇ-2022-də qrup mərhələsinin son turunda noyabrın 30-u Polşa ilə qarşılaşacaq. Hazırda C qrupunda Polşa 4 xalla 1-ci, Argentina 3 xalla 2-ci, Səudiyyə Ərəbistanı 3 xalla 3-cü, Meksika 1 xalla sonuncudur.

Messi Meksika ilə görüşdə 1 qol vurub, 1 qolun ötürməsini verib.

Digər Xəbərlər
Xəbər Lenti