Millimizlə qarşılaşan komandanın baş məşqçisi ilə bağlı qərar verildi

13 Noyabr 2022 12:00 Dünya futbolu 416
Millimizlə qarşılaşan komandanın baş məşqçisi ilə bağlı qərar verildi

Qazaxıstan Futbil Federasiyası milli komandanın baş məşqçisi Məhəmməd Adiyevlə bağlı qərar verib.

Sportinfo.az xəbər verir ki, federasiya rusiyalı mütəxəssislə yola davam edəcək.

45 yaşlı məşqçi ilə 2024-cü ilin sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Məhəmməd Adiyev 2022-ci ilin aprel ayından Qazaxıstan yığmasını çalışdırır.

Komanda onun rəhbərliyi altında UEFA Millətlər Liqasında Azərbaycan millisinin yer aldığı qrupu 13 xalla lider tamamlayıb.

Digər Xəbərlər
Xəbər Lenti