"Prezident ona tapşırıb ki…"

12 Noyabr 2022 03:30 Dünya futbolu 340
"Prezident ona tapşırıb ki…"

“Dünya çempionatı üçün Qətəri seçmək səhv idi. Mişel Platini mundialın ABŞ-da yox bu ölkədə keçirilməsini istədi”.

Sportinfo.az xəbər verir ki, bunu FIFA-nın eks prezidenti Jozef Blatter deyib.

İsveçrəli keçmiş funksioner bildirib ki, Qətər çox kiçik ölkədir: “Futbol və dünya çempionatı bu dövlət üçün çox böyükdür.

FIFA-nın İcraiyyə Komitəsində 2018-ci ildə Rusiyanın, 2022-ci ildə isə ABŞ-ın dünya çempionatına ev sahibliyi etməsi ilə bağlı razılığa gəldik. İki siyasi rəqib növbə ilə Dünya Kubokunu təşkil etsəydi, bu, sülh jesti olardı”.

Ali futbol qurumunun 8-ci başqanı qeyd edib ki, FIFA-nın həlledici konqresinə bir həftə qalmış UEFA-nın o zamankı prezidenti Mişel Platini ona zəng edərək planın həyata keçirilməyəcəyini bildirib:

“Mişel bir gün əvvəl Qətərin vəliəhd şahzadəsi ilə nahar edən prezident Sarkozinin sarayına dəvət olunub. Sarkozi Platiniyə tapşırıb ki, dünya çempionatının ev sahibi seçimlərində Qətər üçün nəsə etməyə çalışsın”.

Blatter vurğulayıb ki, məhz Platininin səsləri sayəsində dünya çempionatı ABŞ-a yox, Qətərə keçib: “Təbii ki, söhbət həm də puldan gedirdi. Altı aydan sonra Qətər Fransadan 14,6 milyard dollara qırıcı təyyarələr aldı”.

DÇ-2022-nin Qətərdə keçirilməsi ilə bağlı yekun qərar 2010-cu ilin dekabr ayında FIFA İK-nın iclasında açıqlanmışdı.

Digər Xəbərlər
Xəbər Lenti