Konfrans Liqasında daha 10 komanda... BU GÜN

27 Oktyabr 2022 18:40 Dünya futbolu 643
Konfrans Liqasında daha 10 komanda... BU GÜN

Bu gün Konfrans Liqasının qrup mərhələsində V turun oyunları keçiriləcək.

Sportinfo.az xəbər verir ki, 8 qrupda baş tutacaq 16 matçdan sonra pley-offun daha 10 iştirakçısı müəyyənləşə bilər.

A qrupunda İtaliya "Fiorentina"sı, B qrupunda Danimarka "Silkeborq"u, C qrupunda Polşa "Lex"i, D qrupunda Serbiya "Partizan"ı, E qrupunda Niderlandın "AZ Alkmaar" və Ukraynanın "Dnepr-1" komandaları, F qrupunda Norveç "Molde"si, G qrupunda Türkiyə "Sivasspor"u, H qrupunda isə İsveçrə "Bazel"i və Ermənistan "Pünik"i 1/8 finalın bir addımlığındadırlar.

Daha əvvəl Türkiyənin "Başakşehir", İngiltərənin "Vest Hem", İspaniyanın "Vilyarreal" və İsveçin "Yuroqrden" komandaları qrupdan çıxmağı təmin ediblər.

27 oktyabr

A qrupu

20:45. "Fiorentina" (İtaliya) - "Başakşehir" (Türkiyə)

23:00. "Harts" (Şotlandiya) - RFŞ (Latviya)

Xal durumu: "Başakşehir" - 10, "Fiorentina" - 7, "Harts" - 3, RFŞ - 2

B qrupu

20:45. "Anderlext" (Belçika) - "Styaua" (Rumıniya)

23:00. "Vest Hem" (İngiltərə) - "Silkeborq" (Danimarka)

Xal durumu: "Vest Hem" - 12, "Silkeborq" - 6, "Anderlext" - 4, "Styaua" - 1

C qrupu

20:45. "Vilyarreal" (İspaniya) - "Hapoel" (Ber-Şeva, İsrail)

20:45. "Austriya" (Vyana, Avstriya) - "Lex" (Polşa)

Xal durumu: "Vilyarreal" - 12, "Lex" - 5, "Hapoel" - 3, "Austriya" - 1

D qrupu

20:45. "Slovaçko" (Çexiya) - "Köln" (Almaniya)

20:45. "Nitsa" (Fransa) - "Partizan" (Serbiya)

Xal durumu: "Partizan" - 8, "Nitsa" - 5, "Köln" - 4, "Slovaçko" - 4

E qrupu

20:45. "Vaduts" (Lixtenşteyn) - "AZ Alkmaar" (Niderland)

23:00. "Dnepr-1" (Ukrayna) - "Apollon" (Limassol, Kipr)

Xal durumu: "AZ Alkmaar" - 9, "Dnepr-1" - 7, "Apollon" - 4, "Vaduts" - 2

F qrupu

23:00. "Molde" (Norveç) - "Yurqorden" (İsveç)

23:00. "Şemrok Rovers" (İrlandiya) - "Gent" (Belçika)

Xal durumu: "Yurqorden" - 10, "Molde" - 7, "Gent" - 4, "Şemrok Rovers" - 1

G qrupu

23:00. "Balkani" (Kosovo) - "Slaviya" (Praqa, Çexiya)

23:00. "Sivasspor" (Türkiyə) - ÇFR (Rumıniya)

Xal durumu: "Sivasspor" - 7, ÇFR - 7, "Slaviya" - 4, "Balkani" - 4

H qrupu

23:00. "Bazel" (İsveçrə) - "Jalgiris" (Litva)

23:00. "Slovan" (Bratislava, Slovakiya) - "Pünik" (Ermənistan)

Xal durumu: "Bazel" - 7, "Pünik" - 6, "Slovan" - 5, "Jalgiris" - 4

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!