“Mançester Yunayted”lə oyundan əvvəl baş məşqçisiz qaldılar

26 Oktyabr 2022 00:10 Dünya futbolu 462
“Mançester Yunayted”lə oyundan əvvəl baş məşqçisiz qaldılar

“Şerif” Avropa Liqasının 5-ci turunun “Mançester Yunayted”lə oyunundan öncə baş məşqçisiz qalıb.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Tiraspol təmsilçisi Stepan Tomasla yollarını ayırıb.

İstefaya səbəb komandanın daxili çempionatda “Petrokuba”a 0:1 uduzması olub. Komanda 12 turdan sonra 27 xalla liderdi.

Xorvatiyalı komandanı Avropa Liqasının qrup mərhələsinə çıxarsa da, sükanında cəmi 4 ay qalıb.

Digər Xəbərlər
Xəbər Lenti