Komandanı “Qarabağ”ın qarşısına köhnə-yeni baş məşqçi çıxaracaq - RƏSMİ TƏYİNAT

21 Sentyabr 2022 16:20 Dünya futbolu 638
Komandanı “Qarabağ”ın qarşısına köhnə-yeni baş məşqçi çıxaracaq - RƏSMİ TƏYİNAT

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Olimpiakos" yeni baş məşqçisini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, ölkə çempionu ispaniyalı Miçel Qonsalesə tapşırılıb.

59 yaşlı mütəxəssisin müqaviləsinin detalları hələlik açıqlanmayıb.

Miçel Qonsales 1982 - 1996-cı illərdə ölkəsində "Real Madrid"in formasını geyinib. Son olaraq 2021-ci ildə "Xetafe"nin sükanı arxasında olan baş məşqçi 2013 - 2015-ci illərdə "Olimpiakos"a rəhbərlik edib.

"Qarabağ" "Olimpiakos"a qarşı ilk oyununu oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bundan bir həftə sonra Bakıda keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti