“Mən kifayət qədər güclü futbolçu deyildim, indi "Qızıl top"un favoritiyəm"

13 Avqust 2022 18:20 Dünya futbolu 428
“Mən kifayət qədər güclü futbolçu deyildim, indi "Qızıl top"un favoritiyəm"

PSJ-nin ulduzu Kilian Mbappe yaxın zamanda "Qızıl top"u qazanmaq istəyir.

Sportinfo.az xəbər verir ki, bu barədə 23 yaşlı hücumçu özü açıqlamasında bildirib. O deyib:

“Mən mümkün qədər tez “Qızıl top”u qazanmaq istəyirəm. Düzdür, bəlkə də bunu etiraf etməyə cəsarət edənlər azdır.

Mən hələ də inanıram ki, ilk dəfə mükafat qazanmaq ən çətin şeydir. Düşünürəm ki, 2018-2021-ci illərdəki oyunum mənə ilk "10-luq"da möhkəmlənməyə imkan verdi.

Mən meydançada kifayət qədər güclü futbolçu deyildim. Düşünürəm ki, son iki ildə yeni səviyyəyə çatmışam.

İndi meydanda daha ciddi statusum var, həlledici görüşlərdə daha yaxşı oynayıram. Bir sözlə, indi mən "Qızıl top" üçün əvvəlkindən daha çox favoritəm və ciddi namizədəm”.

Ötən gün "French Football" nəşri 2022-ci il üçün "Qızıl top"a namizədlərin siyahısını açıqlayıb. Onların arasında Mbappe də var.

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu