Konfrans Liqasında 3-cü mərhələ start götürdü - NƏTİCƏLƏR

4 Avqust 2022 01:10 Dünya futbolu 1 330
Konfrans Liqasında 3-cü mərhələ start götürdü - NƏTİCƏLƏR

Konfrans Liqasında 3-cü təsnifat mərhələsi start götürüb.

Sportinfo.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma keçirilib.

“Jil Visente” və “Volfsberger” yeni avrokubok mərhələsində ilk oyunlarına çıxıb. Hər iki komanda turnirə bu mərhələdən qatılıb və startda heç-heçə oynayıblar.

“Viborq” doğma meydanda Farer adaları təmsilçisini darmadağın edib. “Styaua” isə səfərdə Slovakiya təmsilçisinə qalib gəlib.

3 avqust

21:00. “Riqa” (Riqa) – “Jil Visente” (Portuqaliya) - 1:1

Qollar: Aurelio, 18 (1:0), Bozelli, 63 (1:1)

21:00. “Viborq” (Danimarka) – "B36 Torşavn" (Farer adaları) - 3:0

Qollar: Yensen, 21, Limans, 48, Ndione, 52

21:30. “Volfsberger” (Avstriya) – “Qzira Yunayted” (Malta) - 0:0

22:30. “Dunayska Ştreda” (Slovakiya) – “Styaua” (Rumıniya) - 0:1

Qol: Oayda, 46

Digər Xəbərlər
Xəbər Lenti