"Real", "Barselona" və "Bavariya"dan zəng gələndə..." - Qvardiola açıq danışdı

23 İyul 2022 15:40 Dünya futbolu 693
"Real", "Barselona" və "Bavariya"dan zəng gələndə..." - Qvardiola açıq danışdı

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola "Bavariya"nın futbolçusu Robert Levandovskinin "Barselona"ya transferindən danışıb.

Sportinfo.az xəbər verir ki, 51 yaşlı mütəxəssis Mühnen təmsilçisi ilə sabahkı yoldaşlıq oyunu öncəsi mətbuat konfransında deyib:

“Levandovski vacib oyunçu idi. Amma komandanın ürəkləri hələ də oradadır:

Noyer, Kimmix, Müller... "Real", "Barselona", "Bavariya" kimi klublardan zəng gələndə, bütün oyunçular oraya getmək istəyirlər! Digər klublar eyni transfer üçün daha çox pul ödəməlidirlər".

Xosep Qvardiola 2013-2016-cı illərdə "Bavariya"nın baş məşqçisi vəzifəsində çalışıb. Levandovski isə 2014-cü ildən bu komandada oynayırdı.

Digər Xəbərlər
Xəbər Lenti