"Mən bura altı ay və ya bir illik gəlməmişəm, iz qoymaq istəyirəm"

13 İyul 2022 18:40 Dünya futbolu 703
"Mən bura altı ay və ya bir illik gəlməmişəm, iz qoymaq istəyirəm"

“Los Anceles”in yeni transferi Qaret Beyl MLS liqası ilə bağlı fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, uelsli MLS-in yüksək səviyyəli çempionat olduğunu deyib:

“MLS son on ildə uzun bir yol keçib. Düşünmürəm ki, kimsə hələ də liqanı təqaüdçü hesab edir.

MLS getdikcə böyüyür və Avropada düşündüklərindən qat-qat yaxşıdır. Hər şey yaxşılaşır, liqanın səviyyəsi yüksəlir”.

Beyl, uzun müddət MLS-də qalacağına ümid etdiyini deyib:

“Mən bura altı ay və ya bir illik gəlməmişəm. MLS-də iz qoymaq istəyirəm. Bu, qısa bir səfər deyil.

Ümid edirəm ki, buradakı çıxış mənə növbəti Avropa çempionatına, bəlkə də, daha da irəliyə – 2026-cı il dünya çempionatına hazırlaşmaq imkanı verəcək”.

Beylin əvvəlki klubu Madrid “Real”ı olub. 32 yaşlı futbolçu iyunun 27-də Kaliforniya klubu ilə daha 18 ay uzadılma imkanı ilə bir illik müqavilə imzalayıb.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!