Neymar DÇ-2022-dən sonra milli karyerasını bitirir

20 İyun 2022 00:00 Dünya futbolu 609
Neymar DÇ-2022-dən sonra milli karyerasını bitirir

PSJ-nin hücumçusu Neymarın millidəki karyerasını nə zaman başa vuracağı məlum olub.

Sportinfo.az xəbər verir ki, Braziliya millisinin digər üzvü Rodriqo komanda yoldaşı haqda danışıb.

O, bu məsələ barəsində belə deyib: "Neymar mənə Qətərdə keçiriləcək DÇ-dən sonra millidən gedəcəyini, bundan sonra isə 10 nömrəli formanın mənim olacağını dedi".

5 qat dünya çempionu olmuş Braziliya Qətərdə keçiriləcək mundialda G-qrupunda yer alıb. Cənubi amerikalılarla eyni qrupda Serbiya, İsveçrə və Kamerun qərarlaşıb.

Neymar 2010-cu ildən yığma komandada çıxış edir. Hücumçu millidə 119 matçda 74 qolla yadda qalıb.

Onun komanda yoldaşı Rodriqo isə 2019-cu ildən çağrıldığı millidə 5 oyunda 1 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı