Gürcüstan, İspaniya və Portuqaliyanın gecəsi - NƏTİCƏLƏR

10 İyun 2022 01:00 Dünya futbolu 1 321
Gürcüstan, İspaniya və Portuqaliyanın gecəsi - NƏTİCƏLƏR

UEFA Millətlər Liqasının qrup mərhələsində III tura start verilib.

Sportinfo.az xəbər verir ki, ilk oyun günündə A, B, C və D Liqalarında ümumilikdə 9 görüş keçirilib.

A Liqasının 2-ci qrupunda Portuqaliya evdə Çexiyanı 2:0, İspaniya isə səfərdə İsveçrəni 1:0 hesabı ilə yenib. Bununla da Portuqaliya 7 xalla liderliyini davam etdirib.

Xalını 5-ə çatdıran İspaniya isə 2-ci pillləyə yüksəlib. Əvəzində 4 xalı olan Çexiya 3-cü pilləyə enibsə, ardıcıl 3-cü məğlubiyyətlə üzləşən xalsız İsveçrə son pillədə qalıb.

B Liqasının 4-cü qrupunda Sloveniya Norveçlə qolsuz heç-heçə edib. Serbiya isə səfərdə İsveçi minimal hesabla məğlubiyyətə uğradıb.

İlk iki qarşılaşmada maksimum nəticə göstərən Norveç ilk dəfə xal itkisi ilə üzləşsə də, 7 xalla liderliyini qoruyub.

Xalını 6-ya çatdıran Serbiya 2-ci pilləyə yüksəlib. 3 xalı olan İsveç 3-cü pillədə qalıbsa, ilk xalını qazanan Sloveniya sonuncudur.

C Liqasının 2-ci qrupunda hər iki oyun məhsuldar alınıb. Kosovo Şimali İrlandiyanı 3:2, Yunanıstan Kipri 3:0 hesabı ilə udub.

Nəticədə Yunanıstan 9 xalla liderliyini qoruyub. Kosovo 6 xalla 2-cidirsə, hərəyə 1 xala malik Şimali İrlandiya və Kipr 3-4-cü yerləri bölüşdürür.

4-cü qrupda gözlənilməz nəticələr qeydə alınıb. Gürcüstanın səfərdə Şimali Makedoniyanı 3:0 hesabı ilə darmadağın edibsə, Cəbəllütariq evdə Bolqarıstanla heç-heçəyə nail olub.

Bununla da xalını 9-a çatdıran Gürcüstan vahid lider kimi ən yaxın izləyicisindən 5 xal aralanıb. Bolqarıstan 2 xalla 3-cü, ilk xalını qazanan Cəbəllütariq 4-cüdür.

Nəhayət, D Liqasında 2-ci qrupun yeganə matçında Malta Estoniyaya uduzub - 1:2. Beləliklə, xalını 6-ya çatdıran Estoniya liderliyə yüksəlib. Malta 3 xalla 2-ci, xalsız San Marino isə 3-cüdür.

III tur

A Liqası

2-ci qrup

22:45. Portuqaliya - Çexiya - 2:0

Qollar: Joau Kanselu, 33. Qonsalu Gedeş, 38

22:45. İsveçrə - İspaniya - 0:1

Qol: Pablo Sarabia, 13

Xal durumu: Portuqaliya - 7, İspaniya - 5, Çexiya - 4, İsveçrə - 0.

B Liqası

4-cü qrup

22:45. Norveç - Sloveniya - 0:0

22:45. İsveç - Serbiya - 0:1

Qol: Luka Yoviç, 45+3

Xal durumu: Norveç - 7, Serbiya - 6, İsveç - 3, Sloveniya - 1

C Liqası

2-ci qrup

22:45. Kosovo - Şimali İrlandiya - 3:2

Qollar: Vedat Muriç, 9 (pen.); 52. Zümür Bütüki, 20 - Şeyn Laveri, 45. Deniel Ballard, 83

22:45. Yunanıstan - Kipr - 3:0

Qollar: Tasos Bakasetas, 8. Vangelis Pavlidis, 20. Dimitris Limnios, 48

Xal durumu: Yunanıstan - 9, Kosovo - 6, Şimali İrlandiya - 1, Kipr - 1

4-cü qrup

22:45. Cəbəllütariq - Bolqarıstan - 1:1

Qollar: Liam Uoker, 61 (pen.) - Georgi Minçev, 45+1

22:45. Şimali Makedoniya - Gürcüstan - 0:3

Qollar: Budu Zivzivadze, 52. Xviça Kvaratsxeliya, 62 Otar Kiteişvili, 84

Xal durumu: Gürcüstan - 9, Şimali Makedoniya - 4, Bolqarıstan - 2, Cəbəllütariq - 1

D Liqası

2-ci qrup

22:45. Malta - Estoniya - 1:2

Qollar: Yurgen Deqabriele, 56 - Konstantin Vasilyev, 21. Henri Anier, 90+4

Xal durumu: Estoniya - 6, Malta - 3, San Marino - 0.

Digər Xəbərlər
Xəbər Lenti