Dünyanın ən bahalı 10 klubu – YENİ SİYAHI

19 May 2022 15:40 Dünya futbolu 741
Dünyanın ən bahalı 10 klubu – YENİ SİYAHI

"Forbes" jurnalı dünyanın ən bahalı futbol klublarının yeni reytinq siyahısını tərtib edib.

Sportinfo.az xəbər verir ki, birinci pillədə İspaniya təmsilçisi "Barselona" qərarlaşıb.

Ölkənin digər klubu "Real" ikinci, Almaniya "Bavariya"sı üçüncü sırada yer alıb. "Mançester Siti" və PSJ ilk "5-liy"ə daxil olmayıb. "10-luq"dakı klubların 6-sı İngiltərə təmsilçisidir.

Dünyanın ən bahalı klubları

1. "Barselona" (İspaniya) - 4,76 milyard avro

2. "Real Madrid" (İspaniya) - 4,75 milyard avro

3. "Bavariya" (Almaniya) - 4,21 milyard avro

4. "Mançester Yunayted" (İngiltərə) - 4,2 milyard avro

5. "Liverpul" (İngiltərə) - 4,1 milyard avro

6. "Mançester Siti" - 4 milyard avro

7. "Çelsi" - 3,2 milyard avro

8. "Arsenal" - 2,8 milyard avro

9. PSJ - 2,5 milyard avro

10. "Tottenhem" - 2,3 milyard avro

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 03:00 Nicat heç-heçə etdi