2021-ci ilin ən yaxşı futbolçuları və klubu – ULDUZ TOPLUSU

28 Dekabr 2021 00:40 Dünya futbolu 722
2021-ci ilin ən yaxşı futbolçuları və klubu – ULDUZ TOPLUSU

Fransa millisinin və PSJ-nin hücumçusu Kilian Mbappe 2021-ci ilin ən yaxşı futbolçusu seçilib.

Sportinfo.az xəbər verir ki, 23 yaşlı forvard Avropa Klubları Assosiasiyası (ECA) və Avropa Futbol Agentləri Assosiasiyasının (EFAA) təsis etdiyi "Globe Soccer Awards" versiyası üzrə bu ada layiq görülüb.

Futbolçu bu il Paris klubunun heyətində Fransa Kubokunun qalibi olub, eyni zamanda Liqa 1-in bombardiri adını qazanıb.

Digər mövqelər üzrə də ən yaxşıların adları açıqlanıb.

Mbappenin komanda yoldaşı Canluici Donnarumma ən yaxşı qapıçı, "Yuventus"da çıxış edən Leonardo Bonuççi ən yaxşı müdafiəçi, "Bavariya"nın oyunçusu Robert Levandovski isə ən yaxşı hücumçu seçilib.

Polşalı forvarda həmçinin Maradona mükafatı təqdim olunub.

İlin komandası adına isə "Çelsi" layiq görülüb. London klubu bu il Çempionlar Liqasını qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti