Messi bunu bacaran ilk cənubi amerikalı oldu

12 Oktyabr 2021 15:20 Dünya futbolu 950
Messi bunu bacaran ilk cənubi amerikalı oldu

Argentina millisnin futbolçusu Lionel Messi DÇ-2022-nin seçmə mərhələsində Uruqvayla matçda (3:0) daha bir rekord qırıb.

Sportinfo.az xarici KİV-lərə istinadən xəbər verir ki, oyunun 38-ci dəqiqəsində hesabı açan 34 yaşlı hücumçu millidə 80-ci qolunu vurub.

Bununla da, o, Cənubi Amerika futbolçuları arasında yığmada 80 qol vuran ilk oyunçu olub.

Messi Cənubi amerikalı bombardirlər siyahısında braziliyalı Pele (77 qol) və Neymarı (69), həmçinin uruqvaylı Luis Suaresi (64) qabaqlayır.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!