Türkiyə yığması DÇ-2022 yolunda zərbə aldı - GECƏNİN NƏTİCƏLƏRİ - VİDEOLAR

9 Oktyabr 2021 00:40 Dünya futbolu 1 172
Türkiyə yığması DÇ-2022 yolunda zərbə aldı - GECƏNİN NƏTİCƏLƏRİ - VİDEOLAR

2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində VII tura start verilib.

Sportinfo.az xəbər verir ki, ilk oyun günündə E, G, H və J qruplarında ümumilikdə 11 qarşılaşma baş tutub.

G qrupunda Türkiyə millisi Şenol Güneşin gedişindən sonra yeni baş məşqçisi Ştefan Kuntsun rəhbərliyi altında ilk oyununa çıxıb.

"Ay-ulduzlular" "Şükrü Saracoğlu" stadionunda Norveçi sınağa çəkib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Matçda hər iki qol ilk hissədə vurulub. Meydan sahiblərindən Kerem Aktürkoğlu, qonaqlardan isə Kristian Torstvedt fərqlənib.

Bu qrupun digər matçlarında Monteneqro Cəbəllütariqi, Niderland isə Latviyanı məğlub edib.

H qrupunda Malta evdə Sloveniyaya, Kipr Xorvatiya uduzub. Rusiya isə doğma meydanda Slovakiyaya qalib gəlib.

J qrupunda da 3 oyun keçirilib. Lider Almaniya evdə Rumıniya üzərində çətin qələbə qazanıb.

8 oktyabr

E qrupu

22:45. Estoniya - Belarus - 2:0

Qollar: Erik Sorqa, 58, Sergey Zenyov, 90+3

22:45. Çexiya - Uels - 2:2

Qollar: Yakub Peşek, 38, Denni Uord, 49 (avtoqol) - Aaron Remzi, 36, Deniel Ceyms, 69

Xal durumu: Belçika - 16 (6 oyuna), Çexiya - 8 (6), Uels - 8 (5), Estoniya - 4 (5), Belarus - 3 (6).

G qrupu

22:45. Cəbəllütariq - Monteneqro - 0:3

Qollar: Adam Maruşiç, 7, Fatoş Beçiray, 44 (penalti); 68

22:45. Latviya - Niderland - 0:1

Qol: Devi Klassen, 19

22:45. Türkiyə - Norveç - 1:1

Qollar: Kerem Aktürkoğlu, 6 - Kristian Torstvedt, 41

Xal durumu: Niderland - 16, Norveç - 14, Türkiyə - 12, Monteneqro - 11, Latviya - 5, Cəbəllütariq - 0.

H qrupu

22:45. Malta - Sloveniya - 0:4

Qol: Yosip İliçiç, 27; 60, Andraj Şporar, 49, Benyamin Şeşko, 67

22:45. Kipr - Xorvatiya - 0:3

Qollar: İvan Perişiç, 45+2, Yoşko Qvardiol, 80, Marko Livaya, 90+2

22:45. Rusiya - Slovakiya - 1:0

Qol: Milan Şkrinyar, 24 (avtoqol)

Xal durumu: Xorvatiya - 16, Rusiya - 16, Sloveniya - 10, Slovakiya - 9, Malta - 4, Kipr - 4.

J qrupu

22:45. Lixtenşteyn - Şimali Makedoniya - 0:4

Qollar: Darko Velkovski, 39, Ezcan Alioski, 66 (penalti), Boban Nikolov, 74, Darko Çurlinov, 83

22:45. İslandiya - Ermənistan - 1:1

Qollar: İsak-Berqmann Youhannesson, 77 - Kamo Hovhannisyan, 40

22:45. Almaniya - Rumıniya - 2:1

Qollar: Serj Qnabri, 52, Tomas Müller, 81 - Yanis Haci, 9

Xal durumu: Almaniya - 18, Şimali Makedoniya - 12, Ermənistan - 12, Rumıniya - 10, İslandiya - 5, Lixtenşteyn - 1.

Digər Xəbərlər
Xəbər Lenti