"Çelsi”nin şansı gətirdi, Super Kubokun qalibi oldu

12 Avqust 2021 01:50 Dünya futbolu 776
"Çelsi”nin şansı gətirdi, Super Kubokun qalibi oldu

Bu gün UEFA superkubokunun qalibi məlum olub.

Sportinfo.az xəbər verir ki, həlledici matçda “Çelsi” və “Vilyarreal” üz-üzə gəlib.

Şimali İrlandiyanın paytaxtı Belfastda keçirilən görüşün baş hakimi rusiyalı referi Sergey Karasyov olub.

Matçda hesabı ilk hissədə “Çelsi” açıb. Lakin ikinci hissədə ispanlar bərabərlik qolunu vurmağı bacarıblar.

Əlavə vaxtda da başqa qol vurulmadığından, qalibi müəyyənləşdirmək üçün penaltilərə ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Çelsi” növbəti tituluna yiyələnib.

“Çelsi” ötən mövsüm Çempionlar Liqasının, “Vilyarreal” isə Avropa Liqasının qalibi olub.

11 avqust

Çelsi (İngiltərə) – Vilyarreal (İspaniya) 1:1 (penaltilər 6:5)
Qol: H.Ziyeş, 27 – J.Moreno, 73.
Baş hakim: Sergey Karasyov (Rusiya).

Çelsi: 16. Eduard Mendi, 2. Antonio Rudiger, 3. Markos Alonso, 7. Nqolo Kante (k), 11. Timo Verner, 14. Trevo Çaloba, 15. Kurt Zuma, 17. Mateo Kovaçiç, 20. Kallum Hadson-Odoi, 22. Hakim Ziyeş, 29. Kay Haverts.
Vilyarreal: 1. Serxio Asenso, 3. Raul Albiol (k), 4. Pau Torres, 7. Jerar Moreno, 8. Xuan Foyt, 14. Manu Triqeros, 16. Bulaye Dia, 18. Alberto Moreno, 21. Yeremi Pino, 24. Alfonso Pedrasa, 25. Etyen Kapue.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı