Messi üçün vida matçı

7 Avqust 2021 21:40 Dünya futbolu 1 529
Messi üçün vida matçı

"Barselona"dan ayrıldığı rəsmən açıqlanan Lionel Messi üçün sabah vida mərasimi təşkil olunacaq.

Sportinfo.az İspaniya mətbuatına istinadən xəbər verir ki, tədbir "Nou Kamp" stadionunda keçiriləcək. Mərasimin Bakı vaxtı ilə saat 14:00-da başlaması planlaşdırılır.

Qeyd edək ki, Messi 17 il "Barselona"da çıxış edib. 34 yaşlı hücumçu bu müddət ərzində 778 matçda 672 qol vurub və 35 titul qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti