Argentinalını almayıblar, Messi də küsüb?

6 Avqust 2021 12:40 Dünya futbolu 1 069
Argentinalını almayıblar, Messi də küsüb?

Lionel Messinin “Barsa”nı tərk etməsi dünya mətbuatında geniş müzakirə olunur.

Sportinfo.az xəbər verir ki, Leonun gedişinin səbəbi ilə bağlı müxtəlif versiyalar irəli sürülür. “Mundo Deportivo” nəşri də öz versiyasını təqdim edir.

Bildirilir ki, Messi klub rəhbərliyinin transfer siyasətindən narazı qaldığı üçün komandanı tərk edib. İddia olunur ki, Leo “Atalanata”nın müdafiəçisi, həmyerlisi Kristian Romeronun alınmasında təkid edib.

“Barsa” futbolçuya görə 40 milyon avro təklif etsə də, “Atalanta” bundan imtina edib. Keçid baş tutmadıqdan sonra Leo ilə klub rəhbərliyi arasında mübahisə yaşanıb. Bundan sonra Messi getmək barədə qərar verib.

Digər Xəbərlər
Xəbər Lenti