“Belə vidalaşmaq istəməzdik”

8 İyul 2021 22:30 Dünya futbolu 710
“Belə vidalaşmaq istəməzdik”

Danimarkanın baş məşqçisi Kasper Yulmann AÇ-2020-nin yarımfinalında İngiltərəyə məğlub olduqları oyundan sonra fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, Yulmann, 1:2 hesabıyla uduzduqları görüşü belə şərh edib:

“Penalti qərarının düzgün olub-olmadığını bilməmək ürəyimi sıxır. Futbolçularım çox əziyyət çəkdilər.

Bir futbolçumuzun həyatını xilas edən bir heyətimiz var. Mən ölkəm adına çox xoşbəxtəm. Gözəl kollektiv olduq və azarkeşlərin sevgisini qazandıq.

Finala çıxa bilərdik. Yeni şanslarımız olacaq, gələcəyə ümidlə baxıram. Bu uşaqlarla qürur duya bilərsiz.

Tək xəyal qırıqlığımız finala çıxa bilməməyimizdir. Belə vidalaşmaq istəməzdik. Yenidən böyük bir turnirdə uğura imza ata bilərik”.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"