AVRO-2020-dən kim nə qədər pul qazanacaq?

11 İyun 2021 20:10 Dünya futbolu 724
AVRO-2020-dən kim nə qədər pul qazanacaq?

AVRO-2020-nin ümumi mükafat fondu 284,55 milyon funt sterlinq təşkil edir.

Sportinfo.az xəbər verir ki, 2018-ci ilin fevralında bu rəqəmin 319 milyon olacağı açıqlansa da, koronavirus pandemiyası səbəbindən UEFA və iştirakçılar ölkələr mükafatın azaldılmasını razılaşdırıb.

Yeni mükafat fonduna əsasən, Avropa çempionu maksimum 24,29 milyon qazanacaq. Qrupda bütün matçlarda uduzan komanda isə 8 milyonla kifayətlənəcək.

24 komandanın hər biri iştirak üçün – 8 milyon
Qrupda hər oyunda qələbə – 860 min
Qrupda hər heç-heçə - 430 min
1/8 finalda iştirak – 1,29 milyon
1/4 finalda iştirak – 2,15 milyon
1/2 finalda iştirak – 3,44 milyon
Finalda məğlubiyyət - 4,03 milyon
Finalda qələbə - 6,88 milyon

Bu gün start götürəcək AVRO-2020-nin oyunları 11 şəhərdə, o cümlədən Bakıda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı