Siyahıda 3 qapıçı, 9 müdafiəçi, 6 yarımmüdafiəçi, 8 hücumçu yer aldı

29 May 2021 23:20 Dünya futbolu 842
Siyahıda 3 qapıçı, 9 müdafiəçi, 6 yarımmüdafiəçi, 8 hücumçu yer aldı

Danimarka milli komandasının Avropa çempionatı üçün sifariş ərizəsi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, baş məşqçi Kasper Hülmandın açıqladığı siyahıda 3 qapıçı, 9 müdafiəçi, 6 yarımmüdafiəçi, 8 hücumçu yer alıb.

Danimarka millisi B qrupunda Belçika, Finlandiya və Rusiya ilə birgə yer alıb.

Qapıçılar: Kasper Şmeyxel ("Lester", İngiltərə). Yonas Lessl ("Everton", İngiltərə), Frederik Rennov ("Şalke", Almaniya)

Müdafiəçilər: Matias Yorgensen ("Kopenhagen"), Nikolay Boylesen ("Kopenhagen"), Simon Kyaer ("Milan", İtaliya), Andreas Kristensen ("Çelsi", İngiltərə), Yannik Vesterqor ("Sautgempton", İngiltərə), Yoahim Andersen ("Fulhem", İngiltərə), Daniel Vass ("Valensiya", İspaniya), Yens Strüger Larsen ("Udineze", İtaliya), Yoakim Mehle ("Atalanta", İtaliya)

Yarımmüdafiəçilər: Kristian Eriksen ("İnter", İtaliya), Tomas Dileyni ("Borussiya" Dortmund, Almaniya), Pyer-Emil Heybyorq ("Tottenhem", İngiltərə), Matias Yensen ("Bredford", İngiltərə), Kristian Nerqor ("Bredford", İngiltərə), Andreas Kristiansen ("Malmö", İsveç)

Hücumçular: Kasper Dolberq ("Nitsa", Fransa), Yonas Vinn ("Kopenhagen"), Andreas Kornelius ("Parma", İtaliya), Martin Braytvayt ("Barselona", İspaniya), Robert Skov ("Hoffenhaym", Almaniya), Mikkel Damsqor ("Sampdoriya", Almaniya), Yussuf Poulsen ("Leyptsiq", Almaniya), Andreas Skov Olsen ("Bolonya", İtaliya)

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!