"Portu" Pepeni 15 milyon avroya transfer etdi

20 Fevral 2021 21:40 Dünya futbolu 461
"Portu" Pepeni 15 milyon avroya transfer etdi

Portuqaliyanın “Portu” klubu heyətinə yeni oyunçu cəlb edib.

Sportinfo.az xəbər verir ki, "əjdahalar" Braziliyanın “Qremio” klubunun yarımmüdafiəçisi Pepeni transfer edib.

Bu keçid "Portu"ya 15 milyon avroya başa gəlib.

23 yaşlı oyunçu iyulun 1-də yeni komandasına qoşulacaq. Futbolçunun sərbəst qalmaq qiyməti 70 milyon avro təyin olunub.

Braziliyalı sol cinah vingeri bu mövsüm keçirdiyi 36 oyunda 9 qol vurub, 8 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti