Dünya çempionatında bürünc medalların sahibi müəyyənləşdi - VİDEO

12 Fevral 2021 00:28 Dünya futbolu 491
Dünya çempionatında bürünc medalların sahibi müəyyənləşdi - VİDEO

Qətərdəki klublararası dünya çempionatında 3-cü yer uğrunda oyun keçirilib.

Sportinfo.az xəbər verir ki, bürünc medallar uğrunda görüşdə Misirin "Əl-Əhli" və Braziliyanın "Palmeyras" komandaları üz-üzə gəliblər.

Matçın əsas vaxtı qolsuz başa çatdığından qalibi müəyyənləşdirmək üçün birbaşa penaltilər seriyasına keçilib. Burada daha dəqiq (3:2) oynayan Afrika təmsilçisi 3-cü yerin sahibi olub.

Turnirin final matçı bu gün Almaniya "Bavariya"sı ilə Meksika "Tiqres"i arasında olacaq. Görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti