"Özümdən soruşdum ki, insanlar məni bəyənmirsə, niyə davam etməliyəm?"

17 Yanvar 2021 10:00 Fransa 789
"Özümdən soruşdum ki, insanlar məni bəyənmirsə, niyə davam etməliyəm?"

PSJ-nin ulduzu Neymar karyerası ərzində yaşadığı çətinliklərdən danışıb.

Sportinfo.az xəbər verir ki, braziliyalı hücumçu bir dönəm hətta karyerasını bitirmək haqda düşündüyünü bildirib:

"Futbola olan həvəsimi heç vaxt itirməyəcəyəm, amma oynamağımı dayandırmaq istədiyim vaxtlar olub. Bir gün o yerə çatdım ki, özümdən soruşdum ki, insanlar məni bəyənmirsə, niyə davam etməliyəm?

Evə qəzəbli gəlirdim və sonra bu yerlərə çatmaq üçün etdiyim hər şeyi xatırladım. Futbola olan sevgim və bütün bunlar məni sakitləşdirdi və gerçəkliyə qaytardı".

Digər Xəbərlər
Xəbər Lenti