”Biz daha böyük klubuq, ancaq onların pulu çoxdur”

11 Yanvar 2021 15:40 Dünya futbolu 523
”Biz daha böyük klubuq, ancaq onların pulu çoxdur”

“Feyenoord”un baş məşqçisi Dik Advokat açıqlama verib.

Sportinffo.az xəbər verir ki, 73 yaşlı mütəxəssis rəhbərlik etdiyi “Feyenoord”la “Ayaks”ı müqayisə edib:

“Sebastian Hallerin transferi ilə “Ayaks”la aradakı fərqi gördük. Biz müəyyən bir kateqoriyaya sahib futbolçu ala bilərik, “Ayaks” və PSV isə istədiyi futbolçunu alır. “Feyenoord” “Ayaks”dan daha böyük klubdur, ancaq onların pulu çoxdur”.

“Ayaks” İngiltərənin “Vest Hem” klubundan Sebastian Halleri 22,5 milyon avro qarşılığında transfer edib. Bu, Niderland futbol tarixinin ən bahalı 7-ci transferidir.

Niderland Erediviziyasında “Ayaks” 34 xalla lider, “Feyenoord” isə 29 xalla 3-cüdür.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 11:00 Biri də sizin olsun…
22 Aprel 03:00 Nicat heç-heçə etdi
21 Aprel 22:55 Bəhanəyə yer qoymadı