Messi və başqaları - Yayda müqaviləsi başa çatacaq 20 ulduz

30 Dekabr 2020 23:40 Dünya futbolu 506
Messi və başqaları - Yayda müqaviləsi başa çatacaq 20 ulduz

İngiltərənin nüfuzlu "Sky Sports" nəşri 2021-ci ilin yayında klubu ilə müqaviləsi başa çatacaq 20 ən güclü futbolçunun siyahısını tərtib edib.

Sportinfo.az xəbər verir ki, azad agent statusu alacaq oyunçuların siyahısında kifayət qədər ulduz futbolçular var.

Lionel Messi ("Barselona"), Serxio Ramos ("Real"), Serxio Aquero ("Mançester Siti"), Məsut Özil ("Arsenal) və siyahıdakı digər futbolçuların yayda komandasında qalıb-qalmayacağı hələlik bilinmir.

Müqaviləsi mövsümün sonuna qədər olan 20 ulduz futbolçu:

1.Lionel Messi (“Barselona”)

2.Serxio Aquero (“Mançester Siti”)

3.Məsut Özil (“Arsenal”)

4.David Alaba (“Bavariya”)

5.Memfis Depay (“Lion”)

6.Jorjinyo Veynaldum (“Liverpul”)

7.Arkadiuş Milik (“Napoli”)

8.Anxel Di Mariya (PSJ)

9.Yulian Draksler (PSJ)

10.Serxio Ramos (“Real”)

11.Olivye Jiru (“Çelsi”)

12.Cessi Linqard (“Mançester Yunayted”)

13.Conni Evans (“Lester”)

14.Hakan Çalhanoğlu (“Milan”)

15.Henrik Mxitaryan (“Roma”)

16.Jerom Boatenq (“Bavariya”)

17.Şkodran Mustafi (“Arsenal”)

18.Canluici Donnarumma (“Milan”)

19.Erik Qarsiya (“Mançester Siti”)

20.Florian Tauvi (“Marsel”)

Digər Xəbərlər
Xəbər Lenti